Montano və Rabadjiyeva öndə
25.01.2013 - 09:29
Montano və Rabadjiyeva öndə
Çempionlar Liqası I pley-off mərhələsinin ikinci matçında “Rabitə” (Azərbaycan) - “Kann” (Fransa) qarşılaşmasının ən çox xal toplayan voleybolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun darmadağını ilə yekunlaşan matçın (3:0) bombardiri rəqibin kapitanı Viktoriya Ravva olub. O komandasına 14 xal qazandırıb.

“Rabitə”nin heyətində Madeleyne Montanoya bu dəfə Dobriana Rabadjiyeva da qoşulub. Hər 2 voleybolçumuz Fransa çempionunu 13 dəfə cəzalandırıb. Marçello Abbondanzanın digər yetirmələrindən - Foluke Akinradevo 9, Aurea Kruzla Nataşa Krsmanoviç hərəyə 7, Katarjina Skorupa 3 və Angelina Qrün 1 xala sevinib.

Qeyd edək ki, hər 2 matçda qalib gələn “Rabitə” 1/3 finala yüksəlib.