Marçello Abbondanza: Məqsədimiz uğurumuzu davam etdirməkdir
25.01.2013 - 10:00
Marçello Abbondanza: Məqsədimiz uğurumuzu davam etdirməkdir
“Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Çempionlar Liqasının I pley-off mərhələsində Fransa “Kann”ı ilə cavab oyununu şərh edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis hər 2 oyunda qələbə qazanan yetirmələrindən razı qalıb.

Abbondanza bildirib ki, Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ikinci oyunda komandası əla çıxış edib: “Mən komandamın oyunundan çox razı qaldım. Yetirmələrim “Kann” kimi böyük komandaya ardıcıl 2 dəfə qalib gəldi. “Dördlər finalı” uğrunda ötən mövsümün digər mükafatçısı Kazan “Dinamo”su ilə qarşılaşacağıq. Məqsədimiz uğurumuzu davam etdirməkdir”.

Qeyd edək ki, “Kann” ötən mövsüm Çempionlar Liqasının finalında oynamışdı.