Bakıdan məyus yola saldılar
25.01.2013 - 10:37
Bakıdan məyus yola saldılar
“Kann” kapitanı Viktoriya Ravva Bakıdan məyus dönüb. Apasport.az saytının məlumatına görə, ulduz voleybolçunun üzüntüsünə Çempionlar Liqasının I pley-off mərhələsində “Rabitə”nin mərhələ adlaması səbəb olub.

Belə ki, Azərbaycan çempionuna evdə 1:3, ardınca Bakıda 0:3 hesabı ilə uduzan Fransa təmsilçisinin ulduz voleybolçusu mübarizəni dayandırdıqları üçün çox təəssüflənib: “Komandamız 1/3 finala çıxmaq üçün qalib gəlməyi çox istəyirdi. Lakin “Rabitə” gözəl oyun göstərdi. Bunun nəticəsində də onlar yoluna davam edəcəklər”.

Qeyd edək ki, “Rabitə” 1/3 finalda Kazan “Dinamo”su ilə oynayacaq.