“Bir sözlə, onların çıxışından razı qalmadım” - FOTO
25.01.2013 - 10:45
“Bir sözlə, onların çıxışından razı qalmadım” - FOTO
Çempionlar Liqasının I pley-off mərhələsində Fransanın “Kann” klubunun baş məşqçisi Yan Fanq “Rabitə” ilə oyunda yetirmələrindən razı qalmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionuna hər 2 görüşdə uduzan fransalıların çinli çalışdırıcısı Bakı klubunun güclü olduğunu etiraf edib.

Fanq bildirib ki, 0:3 hesabı ilə uduzduqları ikinci matçda komandası inamsız oynayıb: “Bir sözlə, mən voleybolçularımın çıxışından razı qalmadım”.

Qeyd edək ki, ilk oyunda da 1:3 hesabı ilə uduzan “Kann” Çempionlar Liqasında mübarizəni dayandırıb.