3 cüt
25.01.2013 - 11:18
3 cüt
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 finalçılarının hamısı məlum olub. Apasport.az saytının məlumatına görə, 1/6 final mərhələsində sensasiya qeydə alınmayıb. Gözlənilən kimi, favoritlər mərhələ adlayıb. Onlar arasında Azərbaycanla Türkiyənin hərəyə 2, İtaliya və Rusiyanın 1 klubu yer alıb.

İlk oyunlar fevralın 5-7-də, cavab oyunları bir həftə sonra olacaq.


“Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan)
“Vakifbank” (Türkiyə) – “Əczaçibaşi” (Türkiyə)
“Yamamay” (İtaliya) - “Azərreyl” (Azərbaycan)

Qeyd edək ki, “Dördlər finalı” martın 15-17-də İstanbulda olacaq. Yarışın ev sahibi “Qalatasaray” isə yarımfinalda rəqibini gözləyir.