Yığmamızın oyunçusunun polşalılarla duelinin tarixi bilindi
25.01.2013 - 12:11
Yığmamızın oyunçusunun polşalılarla duelinin tarixi bilindi
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın CEV kubokunun yarımfinalında “Bank Fakro” ilə ilk görüşünün vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi rəqibini fevralı 7-də qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Polşada olacaq cavab qarşılaşması fevralın 12-14-ü aralığında olmalıdır.