Rusiya yığmasını Azərbaycanla oyuna yeni baş məşqçi çıxaracaq
25.01.2013 - 14:27
Rusiya yığmasını Azərbaycanla oyuna yeni baş məşqçi çıxaracaq
Qadın voleybolçular arasında Rusiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan şimal qonşularımızı Yuri Mariçev çalışdıracaq.

Belə ki, ilk öncə Krasnodar “Dinamo”sunu çalışdıran mütəxəssis Məşqçilər Şurasında səs çoxluğu ilə dəstəklənib. Ardınca isə bu gün Rusiya Voleybol Federasiyasının İdarə Heyətinin iclasında onun baş məşqçi olması rəsmiləşib. Mariçev klubdakı fəaliyyətini də davam etdirəcək.

Qeyd edək ki, ötən ilin avqustunda Rusiya millisinin baş məşqçisi Sergey Ovçinnikov özünə qəsd etdikdən sonra komanda başsız qalmışdı.