Korina Suşke “Azərreyl”ə məğlubiyyətin səbəbini açıqladı
26.01.2013 - 10:58
Korina Suşke “Azərreyl”ə məğlubiyyətin səbəbini açıqladı
“Lokomotiv”in voleybolçusu Korina Suşke Çempionlar Liqasının I pley-off mərhələsində “Azərreyl”ə məğlubiyyətin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin oyunçusu hər 2 matçda məğlubiyyətdə heyətlərində edilən dəyişikliyi və rəqiblərinin bu dəfə əla oyun göstərdiyini deyib.

Onun sözlərinə görə, debüt etdikləri Çempionlar Liqası ilə vidalaşmalarında öz səhvləri də həlledici rol oynayıb: “Azərreyl” son görüşlərlə müqayisədə Çempionlar Liqasında oyununu xeyli yaxşılaşdırıb. Bundan əlavə, biz onlara qarşı o qədər də layiqli müqavimət göstərə bilmədik. Komandamızın çıxışında səhvlər həddən çox oldu. Həmçinin, qış fasiləsində klubumuza 4 yeni voleybolçu gəlib, əvəzində isə əsas toppaylayıcımız Diana Nenova ilk qarşılaşmada 0:3 hesablı məğlubiyyətdən sonra heyətdən kənarlaşdırıb. Buna görə də yeni voleybolçularla, xüsusilə də oyun qurucusu ilə cəmi 1 həftə hazırlıq keçə bildik”.