Mövsümün ikinci Azərbaycan derbisi
27.01.2013 - 13:40
Mövsümün ikinci Azərbaycan derbisi
Sabah qadın voleybolçular arasında Super Liqada yaranan fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, “Bakı-Azəryol”un istirahət edəcəyi XII tur Azərbaycan derbisi ilə əlamətdar olacaq.

Belə ki, Voleybol Mərkəzində baş tutacaq mərkəzi görüşdə “Rabitə” “Azərreyl”lə qarşılaşacaq. İkincilərin 2 illik fasilədən sonra Azərbaycan çempionlarına qalib gəlməsi bu dəfəki duelin daha maraqlı keçəcəyindən xəbər verir. Çünki Çempionlar Liqasında II pley-offa yüksələn hər 2 klub özünü sübut etməyə çalışacaq. Bu azmış kimi, “Rabitə” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq, “Azerreyl” vahid liderliyə yüksəlmək iddiasındadır.

Turun “Lokomotiv” – “İqtisadçı” matçı da maraqlı oyun vəd edir. Çünki Çempionlar Liqası ilə vidalaşan “dəmiryolçular” məğlubiyyətin əvəzini universitet komandasından çıxmağı planlaşdırır. “İqtisadçı” isə Bülənt Karslıoğlunun gedişindən sonra tailandlı Kiattiponq Radçataqriaqkranın rəhbərliyi altında ilk görüşünü keçirəcək. Bunun üçün matçın tay-brekə qədər uzanması istisna deyil. Həm də “Lokomotiv”in xal itirməsi sonra əsas rəqiblərinə çatması üçün çətin, “İqtisadçı”nın uduzması birinci yerlə vidalaşması demək olacaq.

Tura autsayderlər – “Telekom” – “Lokomotiv Biləcəri” oyunu ilə yekun vurulacaq. İlk dövrədə olduğu kimi debütantın qalib gəlməsi gözlənilir. Lakin yarandığı 2 ildə qələbə üzünə həsrət qalan Biləcəri təmsilçisinin xal qazanması da mümkündür.

28 yanvar

XII tur

15:00. “LOKOMOTİV” – “İQTİSADÇI”
İlk oyun: “İQTİSADÇI” – “LOKOMOTİV” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)

17:00. “RABİTƏ” – “AZƏRREYL”
İlk oyun: “AZƏRREYL” – “RABİTƏ” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)

19:00. “TELEKOM” – “LOKOMOTİV BİLƏCƏRİ”
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM” - 0:3 (21:25, 20:25, 21:25)


1
İqtisadçı
9
8
1
25-7
777-632
23
2
Rabitə
9
7
2
24-11
844-723
22
3
Azərreyl
8
7
1
22-5
679-531
21
4
Lokomotiv
8
4
4
16-14
669-645
12
5
Bakı-Azəryol
9
3
5
13-19
697-732
9
6
Telekom
9
1
8
3-24
490-665
3
7
Lokomotiv Biləcəri
8
0
8
2-24
391-623
0