Rəqibimizdən əzmkar qələbə
27.01.2013 - 15:22
Rəqibimizdən əzmkar qələbə
Qadın voleybolçular arasında Rusiya Superliqasında XV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasının II pley-off mərhələsində Azərbaycan çempionu “Rabitə”nin rəqibi “Dinamo” (Kazan) “Proton”un qonağı olub.

Saratovda keçirilən qarşılaşma gərginliyi ilə yadda qalıb. Belə ki, ev sahibləri ilk 2 setdə kazanlılara qalib gəlsə də, rəqibimiz sona kimi mübarizə apararaq, əzmkar qələbə qazanıblar – 3:2 (21:25, 18:25, 25:21, 25:19, 15:13).

Qeyd edək ki, bu oyundan sonra keçirdiyi 14 oyunun hamısında qələbə qazanan “Dinamo” 36 xalla turnir cədvəlində 1-ci pillədəki yerini daha da möhkəmlədib.