Derbini “Rabitə” qazandı, “İqtisadçı”dan əzmkar qələbə - YENİLƏNİB
28.01.2013 - 21:12
Bu gün qadın voleybolçular arasında Super Liqada yaranan fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, “Bakı-Azəryol”un istirahət etdiyi XII tur Azərbaycan derbisi ilə əlamətdar olub.
Belə ki, Voleybol Mərkəzində baş tutacaq mərkəzi görüşdə “Rabitə” “Azərreyl”lə qarşılaşıb. İlk dövrədə ikincilər 2 illik fasilədən sonra Azərbaycan çempionlarına qalib gəldiklərindən bu dəfəki duelin daha maraqlı keçəcəyi gözlənilirdi. Lakin Çempionlar Liqasında II pley-offa yüksələn klubların mübarizəsindən “Rabitə” asan qələbə ilə ayrılıb. Onlar birinci matçdakı 1:3 hesablı məğlubiyyətin əvəzini set vermədən çıxıblar.
Düzdür, oyun kifayət qədər gərgin başlayıb. İlk baxışdan hər 2 klubunun voleybolçuları son ana kimi döyüşəcəklərini nümayiş etdirməyə başlayıblar. Bunun məntiqi nəticəsi olaraq, üstünlük gah “Rabitə”nin, gah da “Azərreyl”in tərəfində olub. Birinci texniki fasiləyə isə ikincilər irəlidə yollanıblar – 8:6.
30 saniyəlik istirahətdən sonra Azərbaycan çempionları taktiki gediş sayəsində rəqiblərini üstələməyi bacarıblar. Onlar öncə hesabı bərabərləşdiriblər (9:9), ardınca “Azərreyl”i 5 top qabaqlayıblar – 19:14. Bu isə sona kimi davam edib və “Rabitə” ilk seti 25:20 hesabı ilə aktivinə yazıb.
İkinci hissədə psixoloji üstünlük də Marçello Abbondanzanın yetirmələrinin tərəfinə keçib. Onlar setin əvvəlində inamlı təsir bağışlayaraq, fasiləyə irəlidə yollanıblar – 8:5. Lakin bundan sonra “Azərreyl” oyununu yaxşılaşdırıb. Nəticə “dəmiryolçular” hesabı bərabərləşdirib (12:12) və ikinci texniki fasiləyə də “Rabitə”dən öndə çıxıb – 16:15. Ardınca Alessandro Çiappininin komandası yenidən çətin vəziyyətə düşüb və dəfə də məğlubiyyətdən qaça bilməyib – 22:25.
Üçüncü hissə isə oyunun hesabını müəyyənləşdirib. Setin əvvəli xalaxal prinsipi ilə getsə də, ikinci texniki fasilədə “Rabitə” 4 top qabağa keçib. Ardınca məğlubiyyətlə barışmaq istəməyən “Azərreyl” oyunda dönüş yaratmaq istəsə də, rəqibi buna imkan verməyib. Bu dəfə də “rabitəçilər” 25:22 hesabı ilə qalib gələrək, növbəti 3 xalını qazanıblar.
*****
Turun “Lokomotiv” – “İqtisadçı” matçı daha gərgin mübarizəyə səhnə olub. “Dəmiryolçular” Çempionlar Liqasındakı məğlubiyyətin əvəzini universitet komandasından çıxmağı arzulasalar da, “tələbələr” buna imkan verməyibər. “İqtisadçı” Bülənt Karslıoğlunun gedişindən sonra tailandlı Kiattiponq Radçataqriaqkranın rəhbərliyi altında ilk görüşündəcə layiqli qələbə qazanıb, liderliyini saxlayıb.
Gözlənildiyi kimi oyunun qalibi tay-brekdə bilinib. Düzdür, “tələbələr”də əvvəlki əzmkarlıq ilk 2 hissədəki məğlubiyyətdən sonra özünü göstərib və onlar gözəl oyun sayəsində hesabı bərabərləşdiriblər. Ardınca 5-ci hissədə də “Lokomotiv”in qələbə istəyini dəfn edən komanda mübarizəni 2 xalla başa vurub.
*****
Tura autsayderlər – “Telekom” – “Lokomotiv Biləcəri” oyunu ilə start verilib. İlk dövrədə olduğu kimi debütant qələbəni yenə asan bayram edib. Yarandığı 2 ildə qələbə üzünə həsrət qalan Biləcəri təmsilçisi isə adi epizodlarda belə səhvlərlə yadda qalıb.
Bundan məharətlə istifadə edən “Telekom” ilk 2 hissənin I texniki fasiləsinə 6, ikinci texniki fasiləsinə 3 xal öndə çıxıb. Maraqlıdır ki, sonda da eyni hesab qeydə alınıb – 25:19.
Üçüncü hissə isə gənclərdən qurulan “Telekom”un tam üstünlüyü şəraitində keçib. Onlar seti 13 xal irəlidə bitirərək, mövsümdə ikinci qələbələrini qazanıblar.
Beləliklə, XII turdan sonra yenə vahid lider müəyyənləşməyib. “İqtisadçı” qazandığı 2 xal sayəsində 1-ci pillədəki yerini qoruyub. Derbidə qalib gələn “Rabitə” yalnız set fərqinə görə ikinci yeri tutur. Onlardan 1 oyun az keçirən “Azərreyl” isə ilk “üçlüyü” qapayır.
28 yanvar
XII tur
“TELEKOM” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:19, 25:19, 25:12)
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM” - 0:3 (21:25, 20:25, 21:25)
“RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:20, 25:22, 25:22)
İlk oyun: “AZƏRREYL” – “RABİTƏ” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
“LOKOMOTİV” – “İQTİSADÇI” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)
İlk oyun: “İQTİSADÇI” – “LOKOMOTİV” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)

1 | İqtisadçı | 10 | 9 | 1 | 28-9 | 882-731 | 25 |
2 | Rabitə | 10 | 8 | 2 | 27-11 | 919-787 | 25 |
3 | Azərreyl | 9 | 7 | 2 | 22-8 | 743-606 | 21 |
4 | Lokomotiv | 9 | 4 | 5 | 18-17 | 768-750 | 13 |
5 | Bakı-Azəryol | 9 | 3 | 6 | 13-19 | 697-732 | 9 |
6 | Telekom | 10 | 2 | 8 | 6-24 | 565-715 | 6 |
7 | Lokomotiv Biləcəri | 9 | 0 | 9 | 1-27 | 441-698 | 0 |
0
0