“Azərreyl”in İtaliyada oynayacağı vaxt bilindi
28.01.2013 - 10:02
“Azərreyl”in İtaliyada oynayacağı vaxt bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay” (İtaliya) – “Azərreyl” (Azərbaycan) oyununun başlama vaxtı və saatı bilinib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Busto Arsizioda oyuna fevralın 5-də çıxacaq. Qarşılaşma yer vaxtla saat 20:30-da (Bakı vaxtı ilə 23:30) başlayacaq.

Qeyd edək ki, cavab görüşünün vaxtı hələ dəqiqləşməyib.