“Rabitə”nin Kazan səfərinin tarixi dəqiqləşdi
28.01.2013 - 10:23
“Rabitə”nin Kazan səfərinin tarixi dəqiqləşdi
Azərbaycan çempionu “Rabitə”nin Kazan “Dinamo”su ilə ilk matçının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Marçello Abbondanzanın komandası Çempionlar Liqasının II pley-off mərhələsində səfər oyununa fevralın 6-da çıxacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Paytaxtımızda keçiriləcək ikinci görüşün vaxtı isə bugünlərdə bilinəcək.