Natalya Məmmədova ilə Yeon Kounq Kimin fərqi - STATİSTİKA
28.01.2013 - 14:52
Natalya Məmmədova ilə Yeon Kounq Kimin fərqi - STATİSTİKA
Qadın voleybolçular arasında CEV kubokunun son 2 mərhələsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda axırıncı 4 oyunda liderlik yenə “Omiçka”da oynayan Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovaya məxsusdur.

Omsk təmsilçisinin avrokubok tarixində ilk dəfə yarımfinala çıxmasında böyük rolu olan voleybolçumuz komandasına 118 (“Bakı-Azəryol” və “Tomis”) xal qazandırıb. Onun ən yaxın izləyicisi isə Çempionlar Liqasının son bombaridiri Yeon Kounq Kimdir. “Fənərbaxça”da oynayan koreyalı ulduz təmsilçimizdən 35 xal geri qalır. “İlk üçlüyü” isə Məmmədovanın komanda yoldaşı Nelli Alişeva qapayır. Onun hesabında 79 dəqiq zərbə var.

Qeyd edək ki, “Omiçka” yarımfinalda “Bank Fakro” (Polşa) ilə qüvvəsini sınayacaq.