Səfər oyunu 1 gün ertələndi, Bakı görüşünün vaxtı bilindi
28.01.2013 - 16:26
Səfər oyunu 1 gün ertələndi, Bakı görüşünün vaxtı bilindi
Azərbaycan çempionu “Rabitə”nin Kazan “Dinamo”su ilə ilk matçının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin Çempionlar Liqasının II pley-off mərhələsində səfər oyunu əvvəlcə fevralın 6-da göstərilsə də, sonradan 1 gün ertələnib.

Nəticədə qarşılaşma fevralın 7-də olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu arada paytaxtımızda keçiriləcək ikinci görüşün vaxtı da məlum olub. “Rabitə” rəqibini fevralın 14-də qəbul edəcək. Görüşün vaxtı hələ açıqlanmasa da, Azərbaycan çempionu adətən rəqiblərini saat 17:00-da sınağa çəkir.