Azərbaycan derbisinin qəhrəmanı məlumdur - FOTO
28.01.2013 - 19:37
Super Liqanın XII turunda “Rabitə” – “Azərreyl” görüşünün qəhrəmanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan derbisinin ən yaxşı voleybolçusu Foluke Akinradevo olub.
“Rabitə”nin amerikalı legioneri komandasına 17 xal qazandıraraq, görüşün bombaridiri adına sahib çıxıb. Marçello Abbondanzanın digər yetirmələrindən Madeleyne Montano 14, Aurea Kruz 10, Angelina Qrünlə Nataşa Krsmanoviç hərəyə 5, Dobriana Rabadjiyeva və Katarjina Skorupa hərəyə 2 xal toplayıb.
“Azərreyl”in heyətində Meqan Hodj daha məhsuldar olub. Top qəbulunda bərbad oynayan amerikalı hücumda və blokda “Rabitə”dən 11 xal alıb. Onun komanda yoldaşlarından Manon Flier 10, İndre Sorokayte 9, Karolina Vensink 7, Sara Anzanello 6, Milena Radeçka və Ülkər Kərimova hərəyə 1 xala sevinib.
Qeyd edək ki, derbi “Rabitə”nin “quru hesablı” qələbəsi ilə yekunlaşıb (3:0).

0
0