İtaliya çempionuna görə Azərbaycan çempionatında təxirəsalma
29.01.2013 - 10:36
İtaliya çempionuna görə Azərbaycan çempionatında təxirəsalma
Super Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, fevralın 1-də baş tutmalı olan “Azərreyl” – “Lokomotiv” görüşü təxirə salınıb.

Buna səbəb birincilərin Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay”la oyununun olmasıdır. Belə ki, İtaliya çempionu ilə qarşılaşmanın fevralın 5-də səfərdə keçirilməsi təşkilatçıları bu addımı atmağa vadar edib. Təxirə salınan görüşün isə nə vaxt olacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun digər görüşlərində “Lokomotiv Biləcəri” “Rabitə” ilə, “İqtisadçı” “Bakı-Azəryol”la oynayacaq.