“Yamamay”la matçın vaxtı dəqiqləşdi
29.01.2013 - 11:18
“Yamamay”la matçın vaxtı dəqiqləşdi
“Azərreyl”in Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay”la cavab oyununun başlama günü və saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi İtaliya çempionunu fevralın 13-də qəbul edəcək. Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında birinci oyun fevralın 5-nə təsadüf edəcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.