Təxirə salınmış oyunun vaxtı bilindi
29.01.2013 - 14:01
Təxirə salınmış oyunun vaxtı bilindi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təxirə salınan VIII turunun 1 oyununun keçirilmə vaxtı bilinib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumatı görə, “Telekom” – “Lokomotiv” görüşü fevralın 1-də keçiriləcək.

Belə ki, təqvimə əsasən həmin gün keçirilməli olan “Azərreyl” – “Lokomotiv” qarşılaşması olmayacağından bu matç onun saatına salınıb. Nəticədə həmin gün çempionatın XIII turunun da 2 qarşılaşması ilə 3 görüş təşkil ediləcək.

1 fevral
XIII tur

15:00. “Lokomotiv Biləcəri” – “Rabitə”
19:00. “İqtisadçı” – “Bakı-Azəryol”

VIII turun təxirə salınmış oyunu
17:00. “Telekom” – “Lokomotiv”

Qeyd edək ki, “Azərreyl” – “Lokomotiv” dueli birincilərin Çempionlar Liqasında oyununa görə təxirə salınıb.