"Rəvan”ın növbəti rəqibi müəyyənləşdi
30.01.2013 - 21:51
Çempionatın yerdə qalan bölümünə hazırlıqlarını davam etdirən "Rəvan” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Ramil Əliyevin komandasının əvəzedicilər üzərində qələbə qazanıb (3:0), "Qaradağ Lökbatan” və "Sumqayıt”la heç-heçə (hər ikisi ilə 1:1) etdikdən sonra görüşəcəyi dördüncü rəqibi də müəyyənləşdirib.
Bu, I divizionun iddialı komandalarından olan "Neftçala”dır. Hazırda I divizionda lider "Qaradağ Lökbatan”dan cəmi 3 xal geri qalmaqla 2-ci pillədə qərarlaşan "Neftçala” ilə oyun fevralın 1-i baş tutacaq. "Bayıl Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Rəvan” cari mövsümdə artıq 1 dəfə "Neftçala” ilə görüşüb. Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan oyunda komanda 2:1 hesabı ilə qalib gəlmişdi.

0
0