“Rabitə” üçün asan oyun, “İqtisadçı” çətin sınaq qarşısında
31.01.2013 - 16:03
“Rabitə” üçün asan oyun, “İqtisadçı” çətin sınaq qarşısında
Sabah qadın voleybolçular arasında Super Liqanın XIII turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay”la görüş üçün İtaliyaya yollanan “Azərreyl”in oynamayacağı turda 1 təxirə salınmış qarşılaşma da baş tutacaq.

Belə ki, günə “Lokomotiv Biləcəri” – “Rabitə” oyunu ilə start veriləcək. Matçı Azərbaycan çempionu üçün avrokubok oyunu öncəsi məşq də adlandırmaq olar. Çünki indiyə kimi Biləcəri təmsilçisinə 1 set belə güzəştə getməyən “Rabitə”nin bu dəfə qələbəni asan bayram edəcəyi gözləniləndir.

Ardınca təxirə salınmış VIII turdan “Telekom” – “Lokomotiv” oyunu keçiriləcək. Hesabat turunda “İqtisadçı” ilə görüşdə 2:0 hesabı ilə öndə olub, sonrada 2:3 hesabı ilə uduzan “dəmiryolçular”ın qisaslarını debütantdan çıxacağı proqnozlaşdırılır. Çünki üçüncü yerlə xal fərqi 8-ə bərabər olan “Lokomotiv” bu dəfə də xal itirəcəyi halda mükafatçılar sırasına düşmək şanslarını çətinləşdirəcək.

“Telokom”un da onlara qarşı müqavimət göstərəcəyi sözsüzdür. Çünki XII turda “Lokomotiv Biləcəri”yə asan qalib gələn komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürdüyündən onlar ən azı 1 xala ümid edəcəklər.

Günə “İqtisadçı” “Bakı-Azəryol” qarşılaşması ilə yekun vurulacaq. Turun ən maraqlı oyunu alacaq dueldə hər 2 komandanın qalib gəlmək şansı var. Çünki “İqtisadçı” liderliyini davam etdirmək arzusunda olduğu halda, yeni voleybolçularla güclənən “birləşmiş komanda” “Lokomotiv”ə çatmaq üçün “döyüşəcək”.

1 fevral
XIII tur

15:00. “Lokomotiv Biləcəri” – “Rabitə”
19:00. “İqtisadçı” – “Bakı-Azəryol”


VIII turun təxirə salınmış oyunu
17:00. “Telekom” – “Lokomotiv”

1
İqtisadçı
10
9
1
28-9
882-731
25
2
Rabitə
10
8
2
27-11
919-787
25
3
Azərreyl
9
7
2
22-8
743-606
21
4
Lokomotiv
9
4
5
18-17
768-750
13
5
Bakı-Azəryol
9
3
6
13-19
697-732
9
6
Telekom
10
2
8
6-24
565-715
6
7
Lokomotiv Biləcəri
9
0
9
1-27
441-698
0

Qeyd edək ki, XIII turda keçirilməli olan “Azərreyl” – “Lokomotiv” matçı təxirə salınıb.