“Barselona”nın futbolçusu “Ayaks”a keçdi
01.02.2013 - 05:55
“Barselona”nın futbolçusu “Ayaks”a keçdi
İspaniyanın nəhəng klubu “Barselona” gələcəkdə özündən çox şeylər gözlədiyi oyunçulardan biri olan İsaak Kuenkanı mövsüm sonuna qədər “Ayaks”a icarəyə verib. Apasport.az-ın məlumatına görə, bu xəbəri Amsterdam təmsilçisinin rəsmi saytı açıqlayıb.

2013-cü ilin iyun ayına qədər “Ayaks”ın şərəfini qoruyacaq 21 yaşlı futbolçu ilə Hollandiya klubu müqavilə imzalayıb. Lakin İsaakın komandada nə qədər maaş alacağı haqda heç bir məlumat verilməyib.

Qeyd edək ki, zədəsi ilə əlaqədar olaraq 8 aya yaxın bir müddətdir meydanlardan kənarda qalan Kuenka ötən mövsüm Kataloniya klubunda 30 matçda forma geyinib və 4 qola, 8 ötürməyə imza atıb.