“Rabitə” vahid liderliyə yüksəldi - YENİLƏNİB
01.02.2013 - 20:55
Bu qadın voleybolçular arasında Super Liqanın XIII turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay”la görüş üçün İtaliyaya yollanan “Azərreyl”in oynamayacağı turda 1 təxirə salınmış qarşılaşma da baş tutub.
Belə ki, günə “Lokomotiv Biləcəri” – “Rabitə” oyunu ilə start verilib. Matçı Azərbaycan çempionu üçün avrokubok oyunu öncəsi məşq də adlandırmaq olar. Çünki indiyə kimi Biləcəri təmsilçisinə 1 set belə güzəştə getməyən “Rabitə”nin bu dəfə qələbəni asan bayram edib.
İlk hissəni 10 xal irəlidə tamamlayan Marçello Abbondanzanın komandası ikinci setdə 25:19 hesablı qələbəyə sevinib. Axırıncı hissə bir qədər maraqlı keçib. Lakin “Lokomotiv Biləcəri” hər 2 texniki fasiləyə öndə çıxsa da (8:5, 16:15), yekunda “Rabitə” güclü olub – 25:20.
*****
Ardınca təxirə salınmış VIII turdan “Telekom” – “Lokomotiv” oyunu keçirilib. Hesabat turunda “İqtisadçı” ilə görüşdə 2:0 hesabı ilə öndə olub, sonradan 2:3 hesabı ilə uduzan “dəmiryolçular” qisaslarını debütantdan çıxıblar.
Onlar gənclərdən qurulmuş “Telekom”a heç bir şans verməyərək, hər 3 setdə rəqibindən güclü olublar.
*****
Günə “İqtisadçı” “Bakı-Azəryol” qarşılaşması ilə yekun vurulub. Turun ən maraqlı oyunu olan dueldə hər 2 komandanın qalib gəlmək şansı var idi. Çünki “İqtisadçı” liderliyini davam etdirmək arzusunda olduğu halda, yeni voleybolçularla güclənən “birləşmiş komanda” “Lokomotiv”ə çatmaq üçün “döyüşüb”. Elə “Bakı-Azəryol” matçda istəyinə nail olub. Belə ki, oyunun ilk iki setində “İqtisadçı” inamlı təsir bağışlasa da, qalib gələ bilməyib və son hissələrdə rəqibindən üstün olan “Bakı-Azəryol” əzmkar qələbə qazanıb – 2:3.
Beləliklə, XIII turdan sonra Super Liqanın vahid lideri müəyyənləşib. Bu bu gün “Lokomotiv Biləcəri” üzərində qalib gələn “Rabitə” komandası olub. İkinci yerdə gedən “İqtisadçı” onlardan 2 xal geridədir. İlk “üçlük”ü qapayan “Azərreyl”in 21 xalı var. Onlar ehtiyatda olan iki oyunu qələbə ilə başa vursalar belə, “Rabitə”dən 1 xal geri qalacaqlar.
1 fevral
XIII tur
“Lokomotiv Biləcəri” – “Rabitə” - 0:3 (15:25, 19:25, 20:25)
“İqtisadçı” – “Bakı-Azəryol” - 2:3 (22:25, 23:25, 25:20, 25:23, 12:15)
VIII turun təxirə salınmış oyunu
“Telekom” – “Lokomotiv” - 0:3 (14:25, 16:25, 20:25)
Qeyd edək ki, XIII turda keçirilməli olan “Azərreyl” “Lokomotiv” matçı təxirə salınıb.

1 | Rabitə | 11 | 9 | 2 | 30-11 | 1004-841 | 28 |
2 | İqtisadçı | 11 | 9 | 2 | 30-12 | 989-839 | 26 |
3 | Azərreyl | 9 | 7 | 2 | 22-8 | 743-606 | 21 |
4 | Lokomotiv | 10 | 5 | 5 | 21-17 | 846-800 | 16 |
5 | Bakı-Azəryol | 10 | 4 | 6 | 16-21 | 805-848 | 11 |
6 | Telekom | 11 | 2 | 9 | 6-27 | 615-790 | 6 |
7 | Lokomotiv Biləcəri | 10 | 0 | 10 | 1-30 | 495-773 | 0 |

0
0