“5 şəhər, 2 ölkə, 1 hədəf: qadın voleybolu ən yüksəkdə!” - FOTO
01.02.2013 - 10:59
“5 şəhər, 2 ölkə, 1 hədəf: qadın voleybolu ən yüksəkdə!” - FOTO
Qadın voleybolçular arasında Avro-2013-ün rəsmi sloqanı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək qitənin ən möhtəşəm yarışının şüarı startına 218 gün qalmış ictimaiyyətə təqdim olunub.

Belə ki, Azərbaycan yığmasının da qatılacağı final mərhələsi “5 şəhər, 2 ölkə, 1 hədəf: qadın voleybolu ən yüksəkdə!” sloqanı altında baş tutacaq. Bu çempionatın Almaniya və İsveçrədə Halle, Vestfalen, Sürix, Drezden və Şverin şəhərlərində keçirilməsini və komandaların bir yüksək hədəf – çempionluq uğrunda mübarizə aparmasını ifadə edir.

Qeyd edək ki, Azərbaycan voleybolçuları C qrupunda yer alıb. Onlar Rusiya, Xorvatiya və Belarus – Slovakiya cütünün qalibi ilə oynayacaqlar.