“Azərbaycan çempionatı dünyada ən güclülərdən birinə çevrilib” – MÜSAHİBƏ
01.02.2013 - 12:19
“Telekom”un voleybolçusu Xristina Ruseva Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, perspektivli oyunçu Azərbaycandakı karyerasından danışaraq, bir daha Bakı klubuna necə gəldiyini açıqlayıb.
- 2012-ci ilin oktyabrından Azərbaycanda “Telekom”un heyətində oynayırsız. Oraya gedişiniz barədə danışardız...
- Menecerim həmişə mənim üçün yaxşı variant axtarır. Birgə qərara gəldik ki, karyeramı Azərbaycanda davam etdirim. Çünki orada şərait yaxşıdır və Azərbaycan çempionatı dünyada ən güclülərdən birinə çevrilib. Bakı klubuna gedişimin daha bir müsbət cəhəti odur ki, Bolqarıstan yığmasını da çalışdıran “Rabitə”nin baş məşqçisi Marçello Abbondanzanın gözü qabağındayam.
- Bakıda gündəlik həyatınız necə keçir?
- Məşq etdiyim gün gərginlik olur. Səhər yeməyi, ardınca məşq, nahar, istirahət, yatmaq və yenidən hazırlıq keçmək. İstirahət günlərimi isə əsasən evdə keçirirəm. Bu zaman kitab oxuyur, yaxud filmə baxıram. Hərdən rəfiqələrimlə birgə şəhəri də gəzirik. Bakının mərkəzi çox gözəldir.
- Azərbaycanda sizin üçün çatışmayan nəsə varmı?
- Demək olar ki, hər şey üçün darıxıram. Dostlarım, ailəm, yaşadığım küçə.... Bolqarıstana qayıdacağım günü səbirsizliklə gözləyirəm.
- Bolqarıstana nə vaxt qayıdacağınız gözlənilir?
- Azərbaycanda çempionat aprelin sonunda bitəcək. Mən Bolqarıstana imkan daxilində tez qayıdacam.
- Azərbaycandan öncə legioner həyatı yaşadığınız İtaliya ilə bağlı hansı əhvalat daha çox yadınızda qalıb?
- Orada gözəl şeylər çox olub və həmişə bunu xatırlayacam. Bir dəfə həmin vaxt Azərbaycanda oynanan Lora Kitipova komandası ilə birgə İtaliyaya gəlmişdi. Mən də “Foppapedretti”də birgə çıxış etdiyim Elista Vasilyeva ilə onunla görüşmək üçün qaldığı yerə getməyi qərara aldıq. Həmin məkana tez yetişməyə çalışarkən yolu səhv saldıq. Bizi o xilas etdi ki, Elista İtaliya uzun müddətdir ki, oynadığından sonda istiqaməti düzgün müəyyənləşdirdi. Nəticədə həmin yerə vaxtında yetişə bildik. Lora da bizi görüncə çox sevindi və saatlarla danışdıq.

0
0