“Azərreyl” üçün lixtenşteynli
01.02.2013 - 12:43
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsini idarə edəcək həkimlər bilinib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in “Yamamay”la fevralın 5-də İtaliyadakı qarşılaşması lixtenşteynli Flipp Şürmanna həvalə olunub. Ona köməklik Yohannes Van Der Veldenə (Hollandiya) tapşırılıb.
Fevralın 7-də olacaq “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan) görüşündə isə əsas referi funksiyasını Ahti Huntaniska (Finlandiya) yerinə yetirəcək. Matçda ikinci hakim İqor Porvaznikdir (Slovakiya).

0
0