“Azərbaycan çempionunun güclü yarımmüdafiə xətti var”
02.02.2013 - 12:54
“Azərbaycan çempionu çox sürətli oyun nümayiş etdirir. Onların güclü yarımmüdafiə xətti var”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın həndbolçulardan ibarət Polşanın “Politexnika” komandasının baş məşqçisi Gennadi Kamelin deyib.
Qazaxıstanlı mütəxəssis “Çelenc Cup”ın 1/16 final mərhələsində Azərbaycan çempionu ABU ilə baş tutacaq oyunlar haqda danışıb. O, bu gün və sabah baş tutacaq qarşılaşmaların çətin olacağını vurğulayıb: “Onlar müdafiədən hücuma çox sürətlə keçir. Çox maraqlı oyunun keçəcəyini düşünürəm. Çox ehtiyatlı olmalıyıq. Rəqib sürəti hesabına bizə çətinlik yarada bilər. Bu qarşılaşmada bizə heç də asan olmayacaq”.
Qeyd edək ki, qarşılaşmalar fevralın 2-də və 3-də keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0
0