“Azərbaycan çempionu ilə matçda hər şey qaydasında olacaq”
02.02.2013 - 13:42
“ABU ilə oyundan bir müddət əvvəl baş məşqçimiz müdafiə və hücum xəttimizdə ciddi islahatlar aparıb. İndi biz yeni oyun sisteminə uyğunlaşmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın həndbolçulardan ibarət Polşanın “Politexnika” komandasının üzvü Aleksandra Kobıleçka deyib.
Ölkəsinin tanınmış pleymeykeri “Çelenc Cup”ın 1/16 final mərhələsində Azərbaycan çempionu ABU ilə baş tutacaq oyunlar haqda danışıb. O, bu gün və sabah baş tutacaq qarşılaşmaların çətin olacağını vurğulayıb: “Son matçlarda bu alınmırdı. Ümid edirəm ki, Azərbaycan çempionu ilə matçda hər şey qaydasında olacaq. Nəhayət ki, öz oyunumuzu tapıb müsbət nəticə əldə edəcəyik. Matçlara çox yaxşı hazırlaşmışıq. Xüsusilə də fiziki cəhətdən yaxşıyıq. Lakin meydanda yeni taktikaya uyğun şəkildə yerimizi tapmaqda problem yaşayırıq. Səfərdə lap zəif oynayırıq. Ona görə də Azərbaycana səfər etməməyimiz işimizə yarayır”.
Qeyd edək ki, ABU və “Politexnika” arasında Polşada keçiriləcək oyunlar bu gün və sabah baş tutacaq.

0
0