Gec gəldi, tez getdi
02.02.2013 - 16:18
Gec gəldi, tez getdi
Kişi basketbolçular arasında ölkə çempionatında çıxışını dayandıran ADBTİA-nın yarışı tərk etməsinin səbəbi məlum olub. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, komanda çempionatdan çıxmayıb, oradan kənarlaşdırılıb.

Belə ki, yarışın təşkilatçıları ADBTİA-nı çempionatdan çıxarmağı məqsədəuyğun sayıb. Buna səbəb komandanın üzvlük haqqını hələ də ödəməməyidir. Federasiyadan bildirilib ki, tələbələrin üzvlük haqqını verməsini I dövrənin sonuna kimi gözləyiblər. Lakin məbləğ ödənmədiyindən belə sərt addım atıblar.

Maraqlıdır ki, çempionatı hamıdan tez tərk edən komanda yarışa da gec qatılmışdı. Onlar yalnız ilk tur start götürdükdən sonra “5-liy”ə qoşulmuşdu.