“Azərreyl” əla komandadır, ancaq şanlarımıza inanıram”
04.02.2013 - 10:04
“Azərreyl” əla komandadır, ancaq şanlarımıza inanıram”
“Biz rəqibimizin bir neçə oyununu videoyazılar əsasında izləmişdik. Onu deməliyəm ki, “Azerreyl” əla komandadır”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun voleybolçusu Françeska Markon deyib.

İtaliya çempionunun kapitanı Çempionlar Liqasının II pley-off mərhələsində ilk görüşündə “Azərreyl”lə oyun öncəsi fikirlərini açıqlayıb. Markon sabah Busto Arsizioda baş tutacaq matça nikbin yanaşaraq, Bakı klubunu güclü rəqib kimi dəyərləndirib: “Biz onları çox yaxşı tanıyırıq. Ancaq bəzi amilləri qiymətləndirməliyik. “Azərreyl” bundan öncəki matçlarda özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Buna baxmayaraq, şanslarımıza inanıram. Biz bakılılarla oyunda yaxşı təsir bağışlamaq istəyirik. Axı avrokubokların cari mövsümündə evdə son oyunumuzdur”.

Qeyd edək ki, “Yamamay” – “Azərreyl” oyunu Bakı vaxtilə saat 23:30-da başlayacaq.