Azərbaycan çempionu Kazana yollandı
05.02.2013 - 15:36
Azərbaycan çempionu Kazana yollandı
Azərbaycan çempionu “Rabitə” bu gün Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Çempionlar Liqasının II pley-off mərhələsində “Dinamo” üçün qarşılaşmaq üçün Kazana yollanıb. Komandamızın səfərə 2 gün tez getməsi Rusiyadakı mühitə uyğunlaşmasına hesablanıb.

Qeyd edək ki, “Dinamo” – “Rabitə” oyunu fevralın 7-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.