İtaliyada bombardirimiz
06.02.2013 - 09:20
İtaliyada bombardirimiz
Çempionlar Liqasının II pley-off mərhələsində “Yamamay” (İtaliya) – “Azərreyl” (Azərbaycan) oyununun ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 2:3 hesabı ilə uduzduğu görüşdə bombardir Meqan Hodj olub.

Amerikalı legionerimiz İtaliya çempionundan 24 xal alıb. Alessandro Çiappininin digər yetirmələrinə gəlincə, Manon Flierlə İndre Sorokayte hərəyə 18, Karolina Vensink 7, Sara Anzanello 5 və Milena Radeçka 1 xala sevinib.

Rəqibin heyətində isə Anna Kozuç daha məhsuldar olub. O, “Azərreyl”dən 17 xal alıb.