“Azərreyl” üzərində qələbədən sonra şansımızı artırdıq”
06.02.2013 - 09:29
“Azərreyl” üzərində qələbədən sonra şansımızı artırdıq”
“Bu komandamız üçün çox vacib nəticə idi. Bu qələbədən sonra başa düşdük ki, növbəti mərhələyə keçmək üçün şansımızı artırdıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun baş məşqçisi Karlo Parisi deyib.

İtaliya çempionunun çalışdırıcısı Çempionlar Liqasının II pley-off mərhələsində “Azərreyl”lə oyunu şərh edib. Parisi bildirib ki, tay-brekdə qazandıqları qələbə cavab matçında onları daha şanslı edir: “Artıq ikinci oyuna hazırlaşmalıyıq. Bilirik ki, gələn həftə Bakıda bizi çətin sınaq gözləyir. Çalışıb orada da öz oyunumuzu göstərib, lazımı nəticəni qazanacağıq”.

Qeyd edək ki, “Azərreyl” – “Yamamay” oyunu fevralın 13-də olacaq.