Rişat Qilyazutdinov: “Rabitə” ilə oyunlara çox ciddi yanaşmalıyıq
06.02.2013 - 14:14
Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatında da lider olan komandanın çalışdırıcısı Bakı təmsilçini ciddi rəqib sayır.
O bildirib ki, yetirmələri hazırda yaxşı formada olsalar da, “Rabitə”yə hörmətlə yanaşmalıdırlar: “Komandamız hazırda ən yaxşı formadadır. Ancaq rəqibimiz çox güclüdür. Buna görə də “Rabitə” ilə oyunlara çox ciddi yanaşmalıyıq”.
Qeyd edək ki, “Dinamo” – “Rabitə” oyunu sabah olacaq.

0
0