“Rəqib bizi əziyyət çəkməyə məcbur edirdi” - MÜSAHİBƏ
08.02.2013 - 11:17
“Rabitə”nin voleybolçusu Foluke Akinradevo Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Krasnodar “Dinamo”sunun şərəfini qoruyan amerikalı blokçu Çempionlar Liqasının 1/3 final mərhələsinin Kazan “Dinamo”su ilə ilk görüşündə 3:1 hesablı qələbələrindən danışıb.
- Qələbənizin sirrini açıqlaya bilərsinizmi?
- Biz “Dinamo” ilə oyunu çox yaxşı təhlil etmişdik. Duel öncəsi öz planımız vardı. Kazan təmsilçisinin bir çox oyunlarını izləmişdik. Ən əsası görüşün böyük hissəsini aqressiv keçirib, komanda oyunu göstərdik. Hərçənd, bu heç də həmişə alınmırdı.
- “Dinamo”nu bu hesabla məğlub edəcəyinizi gözləyirdinizmi?
- Bu komanda çox güclüdür, oyun gərgin keçdi. Matç zamanı hesabın necə olmasından asılı olmayaraq, hər an gərginlikdə idik. Rəqib bizi əziyyət çəkməyə məcbur edirdi.
- Komandanız oyun ərzində 8 eys etdi. Bunun sirri nədədir?
- Topu oyuna daxil etmə “Dinamo” ilə görüşdə həlledici amil oldu. Biz həmişə bunu güc hesabına edirik. Çünki komandamızda bunun üçün lazım olan oyunçular var.
- Cavab oyunu haqda fikirləriniz maraqlıdır...
- Bizim öz meydanımızda nə qədər yaxşı oynadığımızı demək çətindir. Son vaxtlar əsasən səfərdə çıxış edirik. Ona görə də “Rabitə”ni ev komandası adlandırmazdım. Amma təbii ki, cavab oyununda azarkeşlərin dəstəyi çox vacib olacaq. Biz səfərdə çıxış etdiyimiz kimi oynamağa çalışacağıq.

0
0