“Rabitə” üçün çexiyalı
12.02.2013 - 09:10
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, fevralın 13-də İtaliya “Yamamay”ını qəbul edəcək “Azərreyl”i meydana Arturo di Giakomo (Belçika) çıxaracaq. Ona köməklik etmək Lusian-Vasile Nastaseyə (Rumıniya) tapşırılıb.
Bir gün sonra keçiriləcək “Rabitə” – “Dinamo” (Kazan) qarşılaşmasında isə fit sahibləri Karin Zaharçova (Çexiya) və Alin Mateyzer (Rumıniya) olacaqlar.
Qeyd edək ki, ilk görüşdə “Rabitə” qalib gəldiyi halda, “Azərreyl” məğlub olub.

0
0