“Lazım olanda tənqid olunuruq, səbəb olanda gülürük” - MÜSAHİBƏ
13.02.2013 - 16:30
“Lazım olanda tənqid olunuruq, səbəb olanda gülürük” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və Cənubi Koreyanın “Hyundai” klubunun voleybolçusu Yana Ağayevanın apasport.az saytına müsahibəsi

- Təxminən yarım ildir Cənubi Koreyadasız. Bu müddətdə ölkə çempionatında mövsüm yarı olub. Komandanızın çıxışını necə dəyərləndirisiz?
- Bəli, çempionatın yarısı arxada qalıb. Biz axır ki, öz oyunumuzu tapmışıq. Artıq meydanda bir-birimizi lazımınca hiss edirik və vahid bir komanda kimi meydanda çalışırıq.

- Öz çıxışınız haqda nə düşünürsüz? “Hyundai”də bombardilik bacarığınızla seçilirsiz...
- Buradakı bütün legionerlər bombardirdirlər. Onların əhval-ruhiyyəsi də hər dəfə arxada qalan oyunun nəticəsindən asılı olur. Bizim rolumuz istənilən vəziyyətdə, çətin anlarda komandamıza xal qazandırmaqdır.

- Mövsümün əvvəlində komandanızın çempionluğa oynadığını bildirmişdiz. Bunu bacaracaqsızmı?
- Düşünərəm ki, qalib olmaq üçün bütün keyfiyyətlərə malikik. Pley-offun startına kimi hələ 8 tur qalıb ki, bu müddətdə öz oyunumuzu daha da yaxşılaşdıra bilərik. İndi isə hansı mövqedə olmağımızın heç bir rolu yoxdur. Axı, bu marafondur, sprint deyil.

- Hazırda lider İBK-dan 19 xal geri qalırsız. Bu səbəbdən pley-offa yüksəlmək çətin olmayacaq ki?
- Növbəti mərhələyə yalnız 3 komanda yüksələcək. 1-ci yerin sahibi həmin mərhələdə oynamayaraq, birbaşa finala yüksələcək. 2-ci və 3-cü yerdə qərarlaşacaq komandalar isə həlledici mərhələdə oynamaq üçün mübarizə aparacaq. Böyük ehtimalla, biz əvvəl hazırda ikinci olan GS klubu ilə və sonra finalda İBK ilə oynayacağıq. Əlbəttə ki, hər 2 komanda çox güclüdür. Lakin inanıram ki, onlarla bacaracağıq.

- Sizə Cənubi Koreyada, komandada münasibət necədir?
- Münasibətlərimiz yaxşıdır və xidmətlərimizə görədir: lazım gələndə tənqid olunuruq, səbəb olanda gülürük. Qızlar çox mehriban və möhtəşəmdirlər. Əlbəttə ki, dostsevərdirlər.

- Ünsiyyət qurmaq baxımından hansısa çətinlik yaşamırsız ki?
- Bəzən yaranır. Lakin öhdəsindən gəlirik. Həm də burada voleybol çox populyardır. Fanatlarımızın sayı çoxdur. Hər oyunumuzda zala 2-3 min azarkeş gəlir ki, bu da çox xoşdur.

- Sizcə, Azərbaycan klubları Koreya çempionatında oynasaydılar, çempion ola bilərdilərmi?
- “İqtisadçı”nın Azərbaycan çempionatındakı çıxışlarına baxın. Prinsipcə, onlarda da bura ilə eyni oyun sistemi mövcuddur. Necə yaxşı alındığı da görünür.

- Super Liqada mövsümün sürpriz komandası hansıdır?
- Əlbəttə ki, “İqtisadçı”! Amma təəssüf ki, onlar türk baş məşqçisi Bülənt Karslıoğlunu istefaya göndərdilər. Onda komanda ilə çalışmaq yaxşı alınırdı.