Hidayət Türkoğluya şok cəza
14.02.2013 - 07:00
Amerika Milli Basketbol Liqasında (NBA) çıxış edən türkiyəli idmançı Hidayət Türkoğlu 20 matçlıq cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna “Orlando Maqic”də forma geyinən basketbolçunun dopinq qaydalarına əməl etməməsi səbəb olub.
Belə ki, onun qanında dopinq testinin nəticəsinə görə qadağan olunan “methenolone” maddəsi aşkarlanıb. Bundan əlavə klubu Türkoğlunun cəzası bitənə qədər təxminən 2.9 milyon dolar maaşını da ödəməyəcək.
Hidayət başına gələn bu hadisəni öz səhvinin olduğunu vurğulayıb: “Ötən yay Türkiyədə olarkən belimdəki zədənin daha tez sağalması üçün məşqçimdən dərman aldım. Bunun qadağanlı bir maddə olduğunu bilmirdim və almadan əvvəl də nəzarət etmədim. Bu tamamilə mənim səhvimdir. “Orlando Maqic”dən NBA-dən, komanda yoldaşlarımdan və azarkeşlərimdən üzr istəyirəm. Bir çox insanı üzdüyümü bilirəm və etdiyim səhv səbəbi ilə həqiqətən çox təəssüf edirəm”.

0
0