“Azərreyl”in məğlubiyyətinin səbəbkarı
14.02.2013 - 09:26
Belçikalı beynəlxalq dərəcəli hakim Arturo di Giakomonun ayağı “Azərreyl”ə düşmür. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ardıcıl 2-ci ildir bu hakimin idarə etdiyi ev matçında “Dördlər finalı”ının bir addımlığında büdrəyirlər.
Özü də hər 2 halda demək olar eyni ssenarini müşahidə etmişik. Belə ki, “Azərreyl” ötən mövsüm Kazan “Dinamo”suna səfərdə uduzduqdan sonra Bakıda 3:0 hesabı ilə qalib gəlib. Cütün taleyini müəyyənləşdirən “Qızıl set” rusların 15:10 hesablı qələbəsi ilə nəticələnib.
Bu dəfə “Azərreyl” İtaliyada “Yamamay”a uduzduqdan sonra evdə rəqibini set vermədən məğlub edib. Elə “Qızıl set”də də nəticə ötən ilkinin oxşarı olub – 15:11. Bununla “Azərreyl” ötən il Bakıda, indi isə İstanbulda keçiriləcək həlledici mərhələdən kənarda qalıb.

0
0