“Yamamay”ın gözü Bakıda
14.02.2013 - 10:04
“Yamamay”ın gözü Bakıda
Çempionlar Liqasının 1/3 finalında Bakının “Azərreyl” klubuna qalib gələrək, “Dördlər finalı”na yüksələn “Yamamay”ın (İtaliya) növbəti rəqibi də Azərbaycan komandası ola bilər. Apasport.az saytının məlumatına görə, Busto Arsizo təmsilçisi yarımfinalda “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) cütünün güclüsü ilə görüşəcək.

Bu, böyük ehtimalla Azərbaycan çempionu olacaq. Çünki komandamız Kazanda keçirilən ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığından, Bakıda bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil.

Qeyd edək ki, “Qalatasaray”ın ev sahibliyi edəcəyi “Dördlər finalı” İstanbulda olacaq.