Rusiya mətbuatı: “Dinamo” Bakıya yaralı yollanıb
14.02.2013 - 12:28
Bu gün Bakıda keçiriləcək Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə” – “Dinamo” (Kazan) oyunu Rusiya mətbuatının gündəmini zəbt edib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız komandalarının evdə gözlənilməz məğlubiyyətini hələ də həzm edə bilmirlər.
Həmkarlarımız heyətində Yekaterina Qamova, Regina Moroz, Hizer Boun, Mariya Borisenko, Yordan Larson kimi dünya səviyyəli ulduzların yer aldığı “Dinamo”nun “Dördlər finalı”na yüksələcəyinə şübhə etmirlər. İddia olunur ki, Bakıya qisas ardınca gələn Tatarıstan təmsilçisi Azərbaycanı qələbə ilə tərk etmək iqtidarındadır. Onlarda bu fikir ötən mövsüm “Azərreyl”i Bakıda məğlub etdikdən sonra yaranıb: “Komandamızın yenə Azərbaycandan qələbə ilə dönməsi vacibdir. Çünki “Dinamo” Bakıya yaralı yollanıb. Onlar “Rabitə”ni əvvəlcə oyunda, ardınca “Qızıl set”də məğlub etməklə İstanbula vəsiqə qazanmalıdırlar. Qamova və komanda yoldaşları ötən il də bu vəsiqəni Bakıdakı “Qızıl set”də qazanmışdı”.
Rusiyalılar ötən ilki qələbələrini xatırlatsa da, bu dəfə onların əsas vaxtda da qalib gəlmələri zəruridir. Çünki həmin vaxt “Dinamo” Bakıya ev qələbəsi ilə gəlmişdirsə, bu dəfə əksinədir: “Düzdür, “Dinamo” bu dəfə Bakıya üstünlüyü qorumaq üçün deyil, məğlubiyyətin əvəzini çıxmaq üçün yollanıb. Amma komandamız əvvəlki ilə müqayisədə xeyli güclüdür və artıq komandada Qamova ilə yanaşı, digər liderlər də var. Ötən il Çempionlar Liqasında üçüncü olan kazanlılar bu dəfə kuboku Rusiyaya gətirmək iddiasındadırlar”.
Həqiqətən də “Azərreyl”i udduqdan sonra “Dördlər finalın”da üçüncü olan “Dinamo” həmin dövrlə müqayisədə həm heyətini gücləndirib, həm də iddialarını böyüdüb. Yeni mövsüm ərəfəsində Hizer Bounla Yevgeniya Startseva kimi məşhurları heyətinə qatan rəqib artıq təkcə Rusiya çempionluğu ilə kifayətlənmək fikrində deyil. Super Liqanın lideri olan “Dinamo” Rusiyanın Çempionlar Liqasındakı 18 illik həsrətinə son qoymaq əzmindədir: “1995-ci ildə “Uraloçka” Avropanın ən güclüsü olduqdan sonra bu mükafatı əldə edə bilmir. Yekaterinburq təmsilçisinin erası çoxdan bitsə də, Rusiyanı Çempionlar Liqasında layiqincə təmsil edən ikinci komanda hələ də yoxdur. Hazırkı “Dinamo” bu həsrətə son qoya bilər. Onlardan nəinki qızıl medalları, hətta ilin sonunda keçiriləcək mundialda da qələbə gözləməyə dəyər. Çünki artıq klublararası dünya çempionu da olmağın vaxtı yetişib”.

0
0