“Dördlər finalı”nın bütün iştirakçıları bilindi
15.02.2013 - 09:24
“Dördlər finalı”nın bütün iştirakçıları bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan cavab matçlarından sonra “Dördlər finalı”na yüksələn klubların adları dəqiqləşib.

Bunlar Azərbaycanın “Rabitə”, Türkiyənin “Vakıfbank” və İtaliyanın “Yamamay” komandalarıdır. 4-cü kollektiv isə yarışa ev sahibliyi edəcək “Qalatasaray”dır (Türkiyə).

Qeyd edək ki, 3 cütdə yalnız “Azərreyl” oyunu “Qızıl set”ə daşımağı bacarıb. Lakin onlar burada mübarizəni dayandırmalı olublar.

Çempionlar Liqası
1/3 final mərhələsi cavab oyunları

“RABİTƏ” (AZƏRBAYCAN) - “DİNAMO” (KAZAN, RUSİYA) - 3:1 (25:18, 25:14, 19:25, 25:20)

“AZƏRREYL” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA) - 3:0 (25:23, 25:18, 25:21)
QIZIL SET: 11:15

“ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – “VAKIFBANK” (TÜRKİYƏ) – 1:3 (19:25, 25:22, 16:25, 26:28)

İlk oyunlar
“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)

“YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)

“VAKIFBANK” (TÜRKİYƏ) – “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – 3:1 (25:23, 23:25, 25:17, 25:15)