Natalya Məmmədovadan vida
15.02.2013 - 10:00
Qadın voleybolçular arasında CEV kubokunun finalçıları məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiya “Omiçka”sı yarımfinalda mübarizəni dayandırıb.
Omsk təmsilçisinin həlledici oyuna gedən yolunu Polşanın “Bank Fakro” klubu kəsib. Onlar evdə 2:3 hesabı ilə uduzduqları rəqiblərinə cavab qarşılaşmasında 0:3 (22:25, 19:25, 17:25) hesabı ilə məğlub olublar. Məmmədova matçda 14 xal toplayıb.
“Bank Fakro”nun rəqibi isə “Uralokça”nı (Rusiya) mübarizədən kənarlaşdıran “Fənərbaxça” (Türkiyə) olacaq.
Qeyd edək ki, final mərhələsinin ilk matçı fevralın 26 və ya 27-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

0
0