“Rabitə” layiq olduğu qələbəni qazandı” - FOTO
15.02.2013 - 10:38
“Rabitə” layiq olduğu qələbəni qazandı” - FOTO
Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə”yə məğlubiyyətdən sonra Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Qilyazutdinov və kapitan Mariya Borodakova fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, onların hər ikisi Azərbaycan çempionunun güclü olduğunu deyiblər.

Qilyazutdinov bildirib ki, qələbə üçün bütün səylərini ortaya qoysalar da xeyri olmayacaq: “Biz Kazandakı məğlubiyyətin əvəzini çıxmaq üçün var gücümüzlə çalışdıq. Ancaq bu işimizə yaramadı”.

Borodakovanın sözlərinə görə, Azərbaycan çempionunun “Dördlər finalı”na yüksəlməsi məntiqə uyğundur: “Onlar çox güclüdürlər. “Rabitə” layiq olduğu qələbəni qazandı”.

Qeyd edək ki, “Dinamo” hər 2 oyunda 1:3 hesabı ilə uduzub.