Bakıda oynayanlar Bolqarıstanda ən yaxşılar arasında
15.02.2013 - 11:18
Bolqarıstanda 2012-ci ilin ən yaxşı voleybol adamlarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, səsvermə yolu ilə ən yaxşı məşqçi, kişi və qadın voleybolçu müəyyənləşib.
“Rabitə”nin və Bolqarıstan yığmasının baş məşqçisi olan Marçello Abbondanza 3-cü olub. İtaliyalı mütəxəssis 9,25 faiz səs toplayıb.
Ölkəmizdə oynayan qadın voleybolçular arasında ən yüksək yeri Abbondanzanın rəhbərliyi altında “Rabitə” və Bolqarıstan yığmasında çıxış edən Dobriana Rabadjiyeva tutub. Belə ki, ötən il Bakı klubunun heyətində Azərbaycan çempionluğu və klublararası dünya çempionatının gümüş medalını qazanan təcrübəli oyunçu 10,64 faiz səslə 4-cü olub.
Ondan sonrakı 3 yerdə Super Liqanı ikinci yerdə başa vuran “Lokomotiv”in oyunçuları – Diana Nenova (4-cü, 8,28 faiz), Kremena Kamenova (5-ci, 4,14 faiz) və Mariya Filipova (6-cı, 2,29 faiz) qərarlaşıb. Bu voleybolçular həmçinin “Celenc Cup”ın qalibi olublar.
Qeyd edək ki, “dəmiryolçular”ın bolqarıstanlı “üçlüyü”ndən yalnız Filipova hazırda komandada çıxışını davam etdirir.

0
0