Yalnız Skorupa! - SİYAHI
15.02.2013 - 13:04
Yalnız Skorupa! - SİYAHI
Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışın arxada qalan hissəsinin fərqlənənləri sırasında Bakı klublarından - “Rabitə”, “Lokomotiv” və “Azərreyl” oyunçuları da var.

Lakin ilk “üçlük”də yalnız “Rabitə” və “Azərreyl”in üzvləri yer alıb. Çempionumuz “Top-3”də 2, onun əzəli rəqibi isə 1 ulduzla təmsil olunub.

Qitənin 1 nömrələri arasında isə yeganə voleybolçumuz Katarjina Skorupadır. Azərbaycan çempionunun polşalı oyunçusu toppaylayıcıların siyahısına başçılıq edir. Legionerimiz ötürmə faizinə görə ikinci yerdə gedən Naz Aydəmiri 3,41 faiz qabaqlayır.

Ondan sonra ən yaxşı nəticə artıq avrokubokla vidalaşan “Azərrey”in hücumçusu Manon Flierin hesabındadır. Hollandiyalı oyunçu eysdən komandasına 24 xal qazandırıb. O, 3-cü yerdə gedən Neslihan Darnellə eyni xal toplasa da, türkiyəlidən 4 set az meydanda olduğu üçün 2-cidir.

“Rabitə”nin digər voleybolçusu – Madeleyne Montana ən çox xal toplayanların mübarizəsində ilk “üçlüy”ə yüksəlib. Kolumbiyalı hücumçumuz 9 matçda 187 xal topladığından Yekaterina Qamova və Neslihan Darneldən geri qalır. Lakin bombardirlər siyahısına başçılıq edən rusiyalının komandası “Dinamo” mübarizəni dayandırdığından onun mövqeyini qoruyacağı inandırıcı görünmür.

Siyahıda, həmçinin Çempionlar Liqası ilə vidalaşan “Lokomotiv”in hücumçusu Aneta Havlikovanın da adı var.

Ən çox xal toplayan
 
Klubu
Oyun sayı
Set sayı
Topladığı xal
1. Yekaterina Qamova
Dinamo Kazan
9
34
215
2. Neslihan Darnel
Əczaçıbaşı
10
40
199
3. Madeleyne Montano
Rabitə
9
32
187
...5. Meqan Hodj
Azərreyl
9
36
169
...7. Aneta Havlikova
Lokomotiv
7
28
155
...9. Foluke Akinradevo
Rabitə
10
36
139


Ən yaxşı blokçular
 
Klubu
Oyun sayı
Set sayı
Topladığı xal
1. Kristin Fürst
Vakıfbank
10
39
42
2. Yuliya Marozova
Dinamo Moskva
8
34
39
3. Maja Polyak
Dinamo Moskva
9
36
36
...5. Sara Anzanello
Azərreyl
9
36
34


Ən yaxşı top qəbul edənlər
 
Klubu
Oyun sayı
Set sayı
Düzgün qəbul (faizlə)
1. Ana-Mariya Stefan
Dinamo-Romprest
6
24
51,54
2. Regan Hud
Dinamo-Romprest
6
24
50,82
3. Debora Ortiştt
Myulhauz
6
22
47,95


Topu oyuna ən yaxşı daxil edənlər
 
Klubu
Oyun sayı
Set sayı
Topladığı xal
1. Denis Hanke
Şveriner
8
29
27
2. Manon Flier
Azərreyl
9
36
24
3. Neslihan Darnel
Əczaçıbaşı
10
40
24
...5. Aurea Kruz
Rabitə
7
26
18
...8. Nataşa Krsmanoviç
Rabitə
9
33
15


Ən yaxşı toppaylayıcılar
 
Klubu
Oyun sayı
Set sayı
Əla ötürmə (faizlə)
1. Katarjina Skorupa
Rabitə
10
36
43,87
2. Naz Aydəmir
Vakıfbank
10
39
40,46
3. Yevgeniya Startseva
Dinamo (Kazan)
9
3440
39,80