“Rusiya çempionatında “Rabitə” kimi güclü ötürməsi olan komanda yoxdur”
16.02.2013 - 11:11
Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Qilyazutdinov Çempionlar Liqasında onları mübarizədən kənarda qoyan “Rabitə”yə növbəti qiymətini verib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Azərbaycanın son illərdə dəyişməz çempionunu Avropada ən nüfuzlu klub turniri qazanmağa ən real namizədlərdən sayır.
Qilyazutdinov “Rabitə”də bütün voleybolçuların güclü olduğunu düşünür. Onun sözlərinə görə, komandamızda təkcə Kruz yox, bütün oyunçular topu oyuna yaxşı daxil edirlər: “Həmçinin kolumbiyalı Madelayn Mantoanı güclü ötürməyə malikdir. Özü də bu zaman praktiki olaraq səhv etmir. Rusiya çempionatında güclü ötürmələri olan ayrı-ayrı oyunçular var. Ancaq hansısa komandada bu cür güclü axın – belə şey yoxdur. “Rabitə” bizi kompleks oyun – ötürmə-blok-müdafiə hesabına məğlub etdi. Onun son vaxtlar üzləşdiyimiz ən güclü komandalardan biri olmağı birmənalıdır”.
Qeyd edək ki, “Rabitə” “Dinamo”nu hər 2 oyunda 3:1 hesabı ilə məğlub edərək, “Dördlər finalı”na çıxıb.

0
0