Autsayderin darmadağını
17.02.2013 - 11:44
Autsayderin darmadağını
Kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən turda 2 matç baş tutub.

Qələbə sayəsində liderliyə yüksələn “Qala” BDU ilə qarşılaşmada autsayderi darmadağın edib. Günün digər matçında “Gəncə” AZTOP-a qalib gəlib.

VIII tur
16 fevral (şənbə)

“Qala” – BDU - - 145:33
“Gəncə” – AZTOP - 63:59

1 Qala 6 6 0 685-329 12
2 NTL-Maxxis 7 5 2 598-514 12
3 AZTOP 8 4 4 582-557 12
4 Gəncə 7 4 3 507-467 11
5 ADBTİA 5 1 4 372-405 6
6 BDU 7 0 7 374-836 7