Rişat Qilyazutdinov: “Rabitə” Çempionlar Liqasının favoritidir - MÜSAHİBƏ
18.02.2013 - 10:05
Rişat Qilyazutdinov: “Rabitə” Çempionlar Liqasının favoritidir - MÜSAHİBƏ
Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Qilyazutdinov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/3 finalında “Rabitə”yə məğlubiyyətlərindən danışıb, Bakı klubunun yarışda şanslarını dəyərləndirib.

- “Dinamo” Çempionlar Liqasında “Rabitə”yə hər 2 oyunda 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Məğlubiyyətin səbəbi nədir?
- Mən ilk oyundan sonra dedim ki, Bakıda mübarizə aparacağıq. Bizim hansısa köklü dəyişiklər etməyə sadəcə, vaxtımız oldu. Hazırlaşırdıq, rəqibi təhlil edirdik. Bizə mübarizəni “Qızıl set”ə aparmaq üçün qələbə lazım idi. Bunun üçün Kazandakı oyundan daha yaxşı oynamalı və öz ən yaxşı voleybolumuzu göstərməli idik. Sonda rəqibin imkan verdiyi qədər oynadıq. “Rabitə” yenidən çox güclü oynadı. Onun indiyə qədər oynadığımız komandalardan arasında ən güclü olmağı birmənalıdır.

- Bakı komandası indiki Çempionlar Liqasının favoritidir?
- Fikrimcə, hə. Onun çox balanslaşdırılmış heyəti var. “Rabitə” bu hədəfinə doğru məqsədyönlü gedir.

- “Rabitə”nin “Dinamo”dan əsas üstünlüyü nədir?
- Bakı komandasının hazırlığa daha çox vaxtı oldu. Azərbaycan çempionatında qrafik Rusiya Superliqasında olduğu kimi sıx deyil. Biz belə qrafikdə nadir hallarda güclü məşqlər keçirik. Əsasən oyunçuların bərpası və bir-biri ilə anlaşması üzərində işləyirik.

- “Rabitə”nin toppaylayıcısı Katarjina Skorupa Yevgeniya Startseva və Olqa Xrjanovskayanı üstələdi?
- “Rabitə”nin hücumlarının rəngarəngliyi daha yaxşı idi. Ancaq onu demək lazımdır ki, onlar bir az müxtəlif vəziyyətlərdə qalırdılar. Qızlarımıza belə anlarda top qəbulunda çətin idi. Əlbəttə, Skorupa hücumlarının gözəl dirijorudur. O, hər 2 matçda ilk növbədə əla ötürmələr verdi.

- Aurea Kruz hər 2 matçda 10 eys etdi. Onun topu oyuna daxil etmələrinin qarşısını niyə ala bilmədiniz?
- Yalnız Kruz yox, “Rabitə”nin bütün oyunçuları yaxşı ötürmələr verir. Həmçinin, kolumbiyalı Madeleyne Montano güclü ötürmələrə malikdir. Özü də bu zaman praktiki olaraq səhv etmir. Rusiya çempionatında güclü ötürmələri olan ayrı-ayrı oyunçular var. Ancaq hansısa komandada belə voleybolçular çox deyil. “Rabitə” bizi kompleks oyun hesabına üstələdi: topu oyuna daxil etmə, blok, müdafiə.