“Rabitə”nin rəqibindən növbəti qələbə
18.02.2013 - 11:41
Qadın voleybolçular arasında İtaliya A seriyasında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasının (ÇL) yarımfinalında “Rabitə”nin rəqibi “Yamamay” “Urbino”nu qəbul edib.
Matç Busto Arsizio təmsilçisinin 3:1 (25:15, 15:25, 29:27, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra “Yamamay” xalının sayını 33-ə çatdıraraq, vahid liderliyini qoruyub. Onlar ən yaxın izləyiciləri – “Foppapedretti”ni 6 xal qabaqlayırlar.
Qeyd edək ki, “Yamamay” ÇL-in 1/3 finalında “Azərreyl”i mübarizədən kənarlaşdırmışdı.

0
0